AZ  |  ENG

 

2008-ci il ərzində Sahibkarlığa Kömək Milli Fonduna edilmiş müraciətlər haqqında  MƏLUMAT

2008-ci ildə Azərbaycan Respublikasının Dövlət büdcəsindən sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fonduna 74.0 milyon manat vəsait ayrılmışdır.
2008-ci ildə Fondun vəsaiti hesabına kredit əldə etmək üçün ümumi investisiya tələbatı 260.4 milyon manat olan 885 sahibkarlıq subyekti müraciət etmişdir.
Fondun Müşahidə Şurasının müvafiq qərarları ilə 795 sahibkarlıq subyektinə Fondun vəsaiti hesabına kredit almaq məqsədilə müvəkkil kredit təşkilatlarına müraciət etmək hüququ verilmiş, 90 sahibkarlıq subyektinin investisiya layihələrində isə bir sıra nöqsan və çatışmamazlıqlar olduğu üçün Fondun vəsaiti hesabına kredit almaq məqsədilə müvəkkil kredit təşkilatlarına müraciət edilməsi məqsədəuyğun hesab edilməmişdir.

Müraciət etmiş sahibkarlıq subyektləri

Hüquqi şəxslər üzrə

Fiziki şəxslər üzrə

Cəmi

Müvəkkil kredit təşkilatlarına Fondun vəsaitlərindən istifadə hüququ verilmiş sahibkarlıq subyektlərinin sayı

339

396

795

İmtina məktubu verilmiş sahibkarlıq subyektlərinin sayı

49

41

90

Yekun:

448

437

885

İqtisadi rayonlar üzrə

Kreditin növləri üzrə

İqtisadiyyatın sahələri üzrə

geriyə

Ana səhifə       |       Haqqında       |       Fəaliyyəti       |       Qanunvericilik       |       Beynəlxalq əməkdaşlıq       |       Əlaqə
Sahibkarlığa Kömək Milli Fondu © 2009