AZ  |  ENG

 

2007-ci il ərzində Sahibkarlığa Kömək Milli Fonduna edilmiş müraciətlər haqqında MƏLUMAT

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları”na əsasən kreditin ayrılması üçün sahibkarlar (mikrokreditlər istisna olmaqla) iqtisadi rayon üzrə yerlərdə Fondun nümayəndəsinə müraciət etməlidirlər. Təqdim edilmiş müraciətlər Fondda araşdırılır və Müşahidə Şurası tərəfindən sahibkarlara müvəkkil kredit təşkilatlarına müraciət etmək hüququnun və yaxud imtina məktubunun verilməsi barədə müvafiq qərar qəbul edilir.
2007-ci ildə Azərbaycan Respublikasının Dövlət büdcəsindən sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fonduna 74.0 milyon manat vəsait ayrılmışdır.
2007-ci ildə Fondun vəsaiti hesabına kredit əldə etmək üçün ümumi investisiya tələbatı 371.2 milyon manat olan 1709 sahibkarlıq subyekti müraciət etmişdir.
Müşahidə Şurasının müvafiq qərarları ilə 1433 sahibkarlıq subyektinə Fondun vəsaiti hesabına kredit almaq məqsədilə müvəkkil kredit təşkilatlarına müraciət etmək hüququ verilmişdir, 276 sahibkarlıq subyektinin investisiya layihələrində isə bir sıra nöqsan və çatışmamazlıqlar olduğu üçün Fondun vəsaiti hesabına kredit almaq məqsədilə müvəkkil kredit təşkilatlarına müraciət edilməsi məqsədəuyğun hesab edilməmişdir.

Müraciət etmiş sahibkarlıq subyektləri

Hüquqi şəxslər üzrə

Fiziki şəxslər üzrə

Cəmi

Müvəkkil kredit təşkilatlarına Fondun vəsaitlərindən istifadə hüququ verilmiş sahibkarlıq subyektlərinin sayı

726

707

1433

İmtina məktubu verilmiş sahibkarlıq subyektlərinin sayı

182

  94

   276

Yekun:

908

801

1709

İqtisadi rayonlar üzrə

Kreditin növləri üzrə

İqtisadiyyatın sahələri üzrə

geriyə

Ana səhifə       |       Haqqında       |       Fəaliyyəti       |       Qanunvericilik       |       Beynəlxalq əməkdaşlıq       |       Əlaqə
Sahibkarlığa Kömək Milli Fondu © 2009