«Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 


«Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
Müəyyən edilsin ki, «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirir.


Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 23 dekabr 2003-cü il
№ 7