«Kiçik sahibkarlığa dövlət köməyi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Kiçik sahibkarlığa dövlət köməyi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının «Kiçik sahibkarlığa dövlət köməyi haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- kiçik sahibkarlığa dövlət köməyinə dair tədbirlər barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- həmin Qanunun 5-ci maddəsinə müvafiq olaraq kiçik sahibkarlıq subyektlərinin vergitutma məsələlərinin həlli üçün statistik və mühasibat hesabatlarının aparılmasının sadələşdirilmiş qayda və formalarını hazırlayıb təsdiq etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- həmin Qanunun 8-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq kiçik sahibkarlıq subyektlərinin maliyyə qaynaqlarından istifadə imkanlarını genişləndirmək məqsədilə kredit təminatı fonduna dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- həmin Qanunun 13-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq kiçik sahibkarlıq subyektlərinin dövlət ehtiyacları üçün məhsul istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə sifarişlərin yerinə yetirilməsində iştirakı qaydalarını hazırlayıb təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- öz səlahiyyətləri hüdudlarında «Kiçik sahibkarlığa dövlət köməyi haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, «Kiçik sahibkarlığa dövlət köməyi haqqında» Azərbaycan Respublikası Qanununun:
- 8-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş» müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
- 4-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;
- 5-ci maddəsində, 7-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasında «proqramları» sözündən sonra, 8-ci maddəsinin 3-cü hissəsində və 13-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
- 7-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasında «qaydada» sözündən sonra nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın və 12-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirir;
- 7-ci maddəsinin 2-ci hissəsində və 13-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər;
- 8-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə hər ay məlumat verməklə həyata keçirir;
- 10-cu maddəsinin 3-cü hissəsində, 16-cı maddəsinin 2-ci hissəsində və 16-cı maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
- 11-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər;
- 14-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 4 avqust 1999-cu il.
№ 171.