20 iyul 2010
ELAN
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu müasir standartlara cavab verən kiçik və ya orta həcmli meyvə emalı (üzüm, ərik, şaftalı, gavalı, alça, albalı, gilas, xurma, alma, armud, tut və s. meyvələrin qurudulması və ya konservləşdirilməsi, o cümlədən mürəbbə, marinad, cem, jele və s.) müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə təkliflərin qəbulunu
ELAN EDİR
İnvestisiya təklifləri respublikanın bütün iqtisadi rayonları üzrə (Bakı şəhəri istisna olmaqla) qəbul olunur.
- investisiya layihəsində müasir standartlara cavab verən kiçik və ya orta həcmli meyvə emalı (üzüm, ərik, şaftalı, gavalı, alça, albalı, gilas, xurma, alma, armud, tut və s. meyvələrin qurudulması və ya konservləşdirilməsi, o cümlədən mürəbbə, marinad, cem, jele və s.) müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması nəzərdə tutulmalıdır;
- müəssisədə müasir standartlara cavab verən texnologiyaya uyğun avadanlıqlar quraşdırılmalı, tədarük və istehsal edilmiş məhsulun saxlanılması üçün müasir anbar kompleksi və laboratoriya yaradılmalıdır;
- emal müəssisəsinin yaradılması üçün seçilən ərazi əlverişli infrastruktura malik olmalıdır;
- xammal tələbatının ödənilməsi üçün müvafiq meyvə sahələri və meyvə istehsalçıları ilə sövdələşmələr olmalıdır;
- investisiya layihəsi optimal müddətdə reallaşdırılmalıdır;
- investisiya təklifinin ümumi dəyərinin ən azı 40%-i sahibkarlıq subyektinin şəxsi vəsaiti, qalan hissəsi isə Fondun güzəştli kreditləri hesabına maliyyələşdirilir.
İnvestisiya layihəsinin maliyyələşdirilməsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və onun törəmə şirkətləri də tərəflərin razılığı əsasında payçı qismində iştirak edə bilər.
Sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət etməlidir. Müvəkkil kredit təşkilatları maliyyələşdirilməsi barədə müsbət qərar qəbul etdiyi investisiya layihələrinə dair məlumatları iki nüsxədə, hər biri ayrı-ayrılıqda möhürlənmiş zərflərdə olmaqla 2010-cu il 20 sentyabr saat 18:00-dək Sahibkarlığa Kömək Milli Fonduna təqdim etməlidir.
Sahibkarlıq subyektlərinin investisiya təklifi zərfləri 2010-cu il 21 sentyabr tarixində saat 12:00-da İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun Akt Zalında (Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 172, 5-ci mərtəbə) açılacaqdır.
Təqdim edilmiş investisiya təkliflərinə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq Fond tərəfindən baxılacaq və maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələr 2010-cu il 5 oktyabr tarixində saat 12:00-da İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun Akt Zalında elan olunacaqdır.
Sahibkarlar əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 433-63-66, (055) 227-01-36, (055) 229-29-99; (055) 227-01-30
Faks: (012) 433-63-68
e-mail: info@anfes.gov.az
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu
geriyə... |