AZ  |  ENG

 

Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun iş mexanizmi

Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi istiqamətləri

Fond tərəfindən keçirilmiş tədbirlər, seminarlar və sahibkarlarla görüşlər

Fondun fəaliyyətinə dair statistik məlumatlar
 
Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi istiqamətləri

Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri Fondun Müşahidə Şurasının 8 may 2009-cu il tarixli qərarı ilə müəyyən edilmiş Azərbaycan Respublikası iqtisadiyyatının sahələri və iqtisadi rayonlar üzrə prioritet istiqamətlərinə aid sahələrin inkişafına istifadə olunur.

İqtisadiyyatın prioritet sahələri:

  • İnformasiya texnologiyalarının inkişafı
  • komputer texnologiyalarının inkişafı;
  • elm və texnologiyaya əsaslanan informasiya sahələrinin inkişafı;
  • internet xidmətlərinin inkişafı.
  • Turizm sektoru
  • Kənd təsərrüfatı
  • texniki bitkiçilik (pambıqçılıq, üzümçülük, çayçılıq, tütünçülük, şəkər çuğunduru);
  • meyvəçilik (o, cümlədən məhsuldar meyvə bağlarının salınması üçün tingçilik təsərrüfatlarının inkişafı), tərəvəzçilik və bostançılıq;
  • heyvandarlıq;
  • cins maldarlıq (damazlıq təsərrüfatlarının yaradılması və yaxud inkişaf etdirilməsi);
  • sənaye quşçuluğu (broyler təsərrüfatlarının inkişafı);
  • dənli bitkiçilik (taxılçılıq);
  • baramaçılıq;
  • balıqçılıq;
  • arıçılıq.
  • İnnovasiya yönümlü sahibkarlıq fəaliyyəti
  • Yeyinti sənayesi
  • meyvə, tərəvəz, bostan məhsullarının konservləşdirilməsi və balıq konservləri;
  • ət və süd emalı məhsulları;
  • şərabçılıq;
  • təbii meyvə və tərəvəz şirələri istehsalı;
  • çörək və un məmulatları istehsalı;
  • qənnadı məmulatları istehsalı;
  • müxtəlif çeşidli bitki yağları istehsalı;
  • sərinləşdirici içkilər istehsalı.
  • Yüngül sənaye
  • toxuculuq sənayesi;
  • tikiş sənayesi.
  • Kimya sənayesi
  • Maşınqayırma sənayesi
  • elektrotexnika;
  • elektronika;
  • radioelektronika;
  • cihazqayırma;
  • dəzgah və alətqayırma;
  • nəqliyyat, kənd təsərrüfatı və digər sahələr üçün maşın, mexanizm və avadanlıqlar istehsalı.
  • Yerli xammala əsaslanan tikinti materialları istehsalı
  • mineral – tikinti xammalının (qum, çınqıl, müxtəlif daş və mərmər) çıxarılmasına əsaslanan sahələr;
  • hörgü materiallarının (sement, əhəng, gips) istehsalı;
  • bina və tiklilər üçün müxtəlif divar materiallarının istehsalı;
  • beton və dəmir-beton  konstruksiyaların istehsalı.                
  • Əhalinin ənənəvi və tarixi əmək vərdişlərinə əsaslanan iqtisadiyyatın sahələri (xalçaçılıq, misgərlik, duluzçuluq, dəmirçilik, dülgərlik və s.)
  •  Ağac emalı və mebel istehsalı
  •  Xidmət sahələri
  • tibbi xidmət;
  • kənd təsərrüfatı məhsulları üçün soyuducu anbar təsərrüfatı infrastrukturunun yaradılması, yaxud inkişaf etdirilməsi;
  • dondurulmuş ərzaq istehsal edən müəssisələrin qurulması.

 

 

Ana səhifə       |       Haqqında       |       Fəaliyyəti       |       Qanunvericilik       |       Beynəlxalq əməkdaşlıq       |       Əlaqə
Sahibkarlığa Kömək Milli Fondu © 2009