Sahibkarlığa Kömək Milli Fondu tərəfindən keçirilmiş tədbirlər, seminarlar və sahibkarlarla görüşlər
“Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”yə əsasən Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq fəaliyyəti ilə bağlı beynəlxalq konfranslar, simpoziumlar və digər tədbirlər təşkil etmiş, Azərbaycan Respublikasında və xaricdə keçirilən bu qəbildən olan tədbirlərdə iştirak etmişdir. Buna misal olaraq aşağıda göstərilən tədbirləri qeyd emək olar:
- Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu ATƏT-in Bakı ofisi tərəfindən 13 noyabr 2007-ci il tarixində Quba şəhərində, 20 noyabr 2007-ci il tarixində isə Lənkaran şəhərində keçirilmiş “Kənd təsərüfatı sektoru inkişafının qarşısında duran problemlər” mövzusunda seminarda iştirak etmişdir.
- Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu ATƏT-in Bakı ofisi tərəfindən 10 iyun 2008-ci il tarixində Cəlilabad şəhərində keçirilmiş “Kənd təsərüfatı məhsullarının istehsalı, maliyyələşdirilməsi və marketinqi sahəsində fermerlər üçün mövcud olan problemlərin aradan qaldırılması yolları” mövzusunda seminarda iştirak etmişdir.
- Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu 28 oktyabr 2008-ci il tarixdə “Biznes plan və onun qiymətləndirilməsi prinsipləri” mövzusunda elmi-praktiki seminar keçirmişdir.
- Çin Xalq Respublikasının Ticarət Nazirliyi tərəfindən təşkil edilmiş "Çinlə iqtisadi əməkdaşlığın planlaşdırılması" məvzusunda keçirilmiş seminarda iştirak edilmişdir.
- Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı və Bakı Biznes Tədris Mərkəzinin, Iqtisadi Inkişaf Nazirliyinin regional bölmələrinin nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi məqsədilə sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi” mövzusunda regionlarda treninq-kurslar keçirilmişdir.
- “Regionlarda sahibkarlığın inkişafına dövlətin dəstəyi” istiqamətində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Aran, Dağlıq Şirvan, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Qazax, Lənkəran və Yuxarı Qarabağ iqtisadi rayonlarında dövlətin maliyyə dəstəyinin göstərilməsi ilə bağlı tədbirlər keçirilmiş, həmin iqtisadi rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə Fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ictimaiyyətin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə şəffaf formada güzəştli kreditlər təqdim edilmişdir.
|