AZ  |  ENG

 
 

1. Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına verilən güzəştli kreditləri əldə etmək etmək üçün sahibkar hara müraciət etməlidir?

2. Sahibkarlıq subyektlərinin Fondun vəsaitlərindən istifadə ilə bağlı müraciətlərinə müvəkkil kredit təşkilatları tərəfindən hansı müddət ərzində baxılır?

3.Sahibkarlığa Kömək Milli Fonduna müvəkkil kredit təşkilatları tərəfindən maliyyələşdirilmək üçün təqdim olunmuş layihələrə hansı müddətdə baxılır?

4. Müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərildikdən sonra kredit vəsaiti hansı müddət ərzində sahiubkarlıq subyektinin hesabına köçürülür?

5. Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit vəsaitlərinin hədləri nə qədərdir?

6. Sahibkarlığa Kömək Milli Fondunun kreditləri hansı müddətə verilir?

7. Sahibkarlığa Kömək Milli Fondunun kreditlərinə tətbiq edilən illik faiz dərəcələri nə qədərdir?

8.Verilmiş kreditlərlər üzrə ödənişlər necə həyata keçirilir?

9. Sahibkarlığa Kömək Milli Fondunun kreditlərnəi tətbiq ediləngüzəşt müddəti nə qədərdir?

10.Sahibkarlığa Kömək Milli Fondu vəsaitləri hesabına sahibkarlıq subyektinə ayrılmış kredit vəsaitinin təyintaı üzrə nəzarət necə həyata keçirilir?

11. Mən sahibkaram, fəaliyyət sahəm ticarətdir. Əsasən avropa ölkələrindən, eləcə də digər inkişaf etmiş ölkələrdən istehsal yönümlü avadanlıqların gətirilməsi və satışını həyata keçirirəm. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitindən istifadə edərək fəaliyyətimi genişləndirə bilərəmmi?

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları”na əsasən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri Fondun Müşahidə Şurasının 8 may 2009-cu il tarixli qərarı ilə müəyyən edilmiş Azərbaycan Respublikası iqtisadiyyatının sahələri və iqtisadi rayonlar üzrə prioritet istiqamətlərinə aid sahələrin inkişafına istifadə olunur. İqtisadiyyatın prioritet sahələri: İnformasiya texnologiyalarının inkişafı komputer texnologiyalarının inkişafı; elm və texnologiyaya əsaslanan informasiya sahələrinin inkişafı; internet xidmətlərinin inkişafı. Turizm sektoru Kənd təsərrüfatı texniki bitkiçilik (pambıqçılıq, üzümçülük, çayçılıq, tütünçülük, şəkər çuğunduru); meyvəçilik (o, cümlədən məhsuldar meyvə bağlarının salınması üçün tingçilik təsərrüfatlarının inkişafı), tərəvəzçilik və bostançılıq; heyvandarlıq; cins maldarlıq (damazlıq təsərrüfatlarının yaradılması və yaxud inkişaf etdirilməsi); sənaye quşçuluğu (broyler təsərrüfatlarının inkişafı); dənli bitkiçilik (taxılçılıq); baramaçılıq; balıqçılıq; arıçılıq. İnnovasiya yönümlü sahibkarlıq fəaliyyəti Yeyinti sənayesi meyvə, tərəvəz, bostan məhsullarının konservləşdirilməsi və balıq konservləri; ət və süd emalı məhsulları; şərabçılıq; təbii meyvə və tərəvəz şirələri istehsalı; çörək və un məmulatları istehsalı; qənnadı məmulatları istehsalı; müxtəlif çeşidli bitki yağları istehsalı; sərinləşdirici içkilər istehsalı. Yüngül sənaye toxuculuq sənayesi; tikiş sənayesi. Kimya sənayesi Maşınqayırma sənayesi elektrotexnika; elektronika; radioelektronika; cihazqayırma; dəzgah və alətqayırma; nəqliyyat, kənd təsərrüfatı və digər sahələr üçün maşın, mexanizm və avadanlıqlar istehsalı. Yerli xammala əsaslanan tikinti materialları istehsalı mineral – tikinti xammalının (qum, çınqıl, müxtəlif daş və mərmər) çıxarılmasına əsaslanan sahələr; hörgü materiallarının (sement, əhəng, gips) istehsalı; bina və tiklilər üçün müxtəlif divar materiallarının istehsalı; beton və dəmir-beton konstruksiyaların istehsalı.  Əhalinin ənənəvi və tarixi əmək vərdişlərinə əsaslanan iqtisadiyyatın sahələri (xalçaçılıq, misgərlik, duluzçuluq, dəmirçilik, dülgərlik və s.) Ağac emalı və mebel istehsalı Xidmət sahələri tibbi xidmət; kənd təsərrüfatı məhsulları üçün soyuducu anbar təsərrüfatı infrastrukturunun yaradılması, yaxud inkişaf etdirilməsi; dondurulmuş ərzaq istehsal edən müəssisələrin qurulması.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 9-cu bəndinə əsasən Müvəkkil kredit təşkilatları Fond tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq ildə iki dəfədən az olmayaraq Fondun vəsaitlərinin hər bir sahibkarlıq subyekti tərəfindən investisiya layihəsi üzrə istifadə edilməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturu və forması Fond tərəfindən müəyyən edilir. Müvəkkil kredit təşkilatı tərəfindən aparılan monitorinq zamanı güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə, müvəkkil kredit təşkilatı güzəştli kreditin və hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) bank günü ərzində məhz bu layihə üzrə əsas kredit və faiz borcunu bütövlükdə Fondun hesabına köçürməlidir. Vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Fond tərəfindən aparılan monitorinq zamanı güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə Fondun yazılı tələbinə əsasən həmin sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq 10 (on) bank günü ərzində bütövlükdə Fondun hesabına köçürülür

Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını hər ayın son iş gününədək ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan başlayaraq hər ayın son iş gününədək annuitet qaydada hesablanıb ödənilir.

Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını hər ayın son iş gününədək ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan başlayaraq hər ayın son iş gününədək annuitet qaydada hesablanıb ödənilir.

Kreditlərdən istifadə üzrə güzəşt müddəti, kredit verilmiş hər bir sahibkarlıq subyekti üçün fəaliyyətin xarakterindən asılı olaraq nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk 2/3 dövrünü əhatə edə bilər.

Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi kredit məbləğinin 6 (altı) faizindən, kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi üzrə isə kredit məbləğinin 4(dörd) faizindən artıq olmamalıdır.

kiçik həcmli kreditlər üçün-2 (iki) ilədək;
orta həcmli kreditlər üçün- 3 (üç) ilədək;
böyük həcmli kreditlər üçün-5 (beş) ilədək;
iri həcmli kreditlər üçün-7 (yeddi) ilədək.

kiçik həcmli kreditlər: 10.000 manatdan 50.000 manatadək;
orta həcmli kreditlər: 50.001 manatdan 250.000 manatadək;
böyük həcmli kreditlər: 250.001 manatdan 1.000.000 manatadək;
iri həcmli kreditlər: 1.000.000 manatdan 5.000.0000 manatadək.

Sahibkarlıq subyektləri ilə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərilir. Fond 3 (üç) bank günü ərzində vəsaitlərin müvəkkil kredit təşkilatlarına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Fonda və sahibkarlıq subyektinə məlumat verir.

Fond 10 (on) bank günü müddətində Fondun vəsaitləri hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və kiçik həcmli kreditlər istisna olmaqla müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir.Ekspertizanın nəticəsindən asılı olaraq Fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatlarına rəsmi məlumat verir.

Müvəkkil kredit təşkilatı sahibkarlıq subyektləri tərəfindən edilmiş müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatları 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarlarına əsaslanaraq investisiya layihələrini təhlil edir və müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir.İnvestisiya layihəsi mənfi qiymətləndirilən sahibkarlıq subyektlərinə isə müvəkkil kredit təşkilatları tərəfindən 3 (üç) bank günü müddətində əsaslandırılmış imtina məktubu verilir.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na əsasən kreditin ayrılması üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət edirlər.

 

 
Ana səhifə       |       Haqqında       |       Fəaliyyəti       |       Qanunvericilik       |       Beynəlxalq əməkdaşlıq       |       Əlaqə
Sahibkarlığa Kömək Milli Fondu © 2009